• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • TƏCİLİ: Qaz limiti artırılır? - Rəsmi AÇIQLAMA/VİDEO

    16

    okt

    TƏCİLİ: Qaz limiti artırılır? - Rəsmi AÇIQLAMA/VİDEO

    "Dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır".

    Ekologiya.az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

    O bildirib ki, dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar.

    Azər Badamov hesab edir ki, qaz limitinin indiki formada tətbiq edilməsi xüsusən dağlıq rayonlarda yaşayan insanların maddi vəziyyətinə daha çox təsir edir. Ona görə də həmin rayonlarda qazın limiti məsələsinə yenidən baxılması zəruridir.

    Tarif Şurasından bildirildi ki, sözügedən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.

    Dağlı daha ətraflı "Xəzər Xəbər"in videosunda:

    Tarix : 16-10-2024, 09:50 | Oxunub: 1 224