Ana səhifə›
XƏBƏRLƏR
›
Nazir: "Azərbaycan növbəti illərdə də iqlim proseslərinin aktiv iştirakçısı olacaq"
XƏBƏRLƏR
Nazir: "Azərbaycan növbəti illərdə də iqlim proseslərinin aktiv iştirakçısı olacaq"
Ekologiya
AMP
Azərbaycan növbəti illərdə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) iqlim proseslərinin aktiv iştirakçısı olacaq."Report" xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən "Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf" forumunda deyib.Onun sözlərinə görə, bu səbəbdən, bu il Azərbaycandan liderlik gözləyirlər: "Ölkədən yaxşı nümunələr, eyni zamanda bank sektorundan da kreativ və maraqlı təkliflər gözləyirlər".Nazir Azərbaycanın gələn il COP-un iqlim proseslərinə sədrlik edəcəyini vurğulayıb.