• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazir: "Azərbaycan növbəti illərdə də iqlim proseslərinin aktiv iştirakçısı olacaq"

    18

    okt

    Nazir: "Azərbaycan növbəti illərdə də iqlim proseslərinin aktiv iştirakçısı olacaq"

    Azərbaycan növbəti illərdə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) iqlim proseslərinin aktiv iştirakçısı olacaq.

    "Report" xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən "Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf" forumunda deyib.

    Onun sözlərinə görə, bu səbəbdən, bu il Azərbaycandan liderlik gözləyirlər: "Ölkədən yaxşı nümunələr, eyni zamanda bank sektorundan da kreativ və maraqlı təkliflər gözləyirlər".

    Nazir Azərbaycanın gələn il COP-un iqlim proseslərinə sədrlik edəcəyini vurğulayıb.

    Tarix : 18-10-2024, 17:38 | Oxunub: 2 080