Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bakı metrosunda tüstülənmə baş verib - FHN hərəkətə keçdi
XƏBƏRLƏR

Bakı metrosunda tüstülənmə baş verib - FHN hərəkətə keçdi


"Nizami" - "28 May" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib".

Bununla bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a açıqlama verib.

O bildirib ki, Bakı metropoliteni normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb, FHN-in aidiyyəti quruma məlumat verilib:

"Nizami" stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb.

Qatarların hərəkəti 25 dəqiqədən sonra bərpa olunub".

Paylaş:
Tam mətni oxu →