Ana səhifə›
XƏBƏRLƏR
›
Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının rəsmisi ilə iqlim fəaliyyətində maliyyə məsələlərini müzakirə edib
XƏBƏRLƏR
Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının rəsmisi ilə iqlim fəaliyyətində maliyyə məsələlərini müzakirə edib
Ekologiya
AMP
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının İdarəedici Direktoru Makar Diyop ilə (Makhtar Diop) görüşüb.
"Report" xəbər verir ki, bu barədə COP29-un “X” hesabında paylaşım edilib.Qeyd edilib ki, tərəflər iqlim fəaliyyəti üçün innovativ maliyyələşdirmə həlləri barədə danışıqlar aparıblar. Həmçinin danışıqlarda COP29-a hazırlıq öncəsi inkişaf etməkdə olan ölkələrə dəstəyin artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün özəl sektorun investisiyalarının səfərbər edilməsi müzakirə edilib.