• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının rəsmisi ilə iqlim fəaliyyətində maliyyə məsələlərini müzakirə edib

    24

    okt

    Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının rəsmisi ilə iqlim fəaliyyətində maliyyə məsələlərini müzakirə edib

    Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının İdarəedici Direktoru Makar Diyop ilə (Makhtar Diop) görüşüb.

    "Report" xəbər verir ki, bu barədə COP29-un “X” hesabında paylaşım edilib.

    Qeyd edilib ki, tərəflər iqlim fəaliyyəti üçün innovativ maliyyələşdirmə həlləri barədə danışıqlar aparıblar. Həmçinin danışıqlarda COP29-a hazırlıq öncəsi inkişaf etməkdə olan ölkələrə dəstəyin artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün özəl sektorun investisiyalarının səfərbər edilməsi müzakirə edilib.

    Tarix : 24-10-2024, 13:55 | Oxunub: 1 328