Ana səhifə›
XƏBƏRLƏR
›
Kot-d'İvuar Bakıda keçiriləcək COP29-da danışıqlar üçün əsas mövzuları müəyyən edib
XƏBƏRLƏR
Kot-d'İvuar Bakıda keçiriləcək COP29-da danışıqlar üçün əsas mövzuları müəyyən edib
Ekologiya
AMP
Kot-d'İvuarlı danışıqlarçılar Bakıda keçiriləcək COP29-da iştiraka fəal şəkildə hazırlaşırlar."Report" yerli KİV-ə istinadən xəbər verir ki, Bonua şəhərində Kot-d'İvuar danışıqçılarının bacarıqlarının artırılması məqsədilə seminar keçirilib.Kot-d'İvuar Ətraf Mühit Nazirliyinin iqlim dəyişikliyi ilə mübarizə departamentinin direktoru Erik-Mişel Assamua bildirib ki, Bakıda keçiriləcək konfransda ölkə üçün prioritet məsələlər İtki və Zərərə cavab verən fondun yaradılması olacaq.Eləcə də, iqlim maliyyəsinə çıxışın gücləndirilməsi, "Cənub-Cənub" və "Şimal-Cənub" formatında əməkdaşlıq, həmçinin bütün ölkələrin iqlim texnologiyalarına çıxış da bura daxildir.M.Assamua danışıqlar aparan tərəfləri təsirlərin azaldılması, uyğunlaşma, bazar mexanizmləri və şəffaflıq məsələlərinə xüsusi diqqət yetirməyə çağırıb.