• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kot-d'İvuar Bakıda keçiriləcək COP29-da danışıqlar üçün əsas mövzuları müəyyən edib

    25

    okt

    Kot-d'İvuar Bakıda keçiriləcək COP29-da danışıqlar üçün əsas mövzuları müəyyən edib

    Kot-d'İvuarlı danışıqlarçılar Bakıda keçiriləcək COP29-da iştiraka fəal şəkildə hazırlaşırlar.

    "Report" yerli KİV-ə istinadən xəbər verir ki, Bonua şəhərində Kot-d'İvuar danışıqçılarının bacarıqlarının artırılması məqsədilə seminar keçirilib.

    Kot-d'İvuar Ətraf Mühit Nazirliyinin iqlim dəyişikliyi ilə mübarizə departamentinin direktoru Erik-Mişel Assamua bildirib ki, Bakıda keçiriləcək konfransda ölkə üçün prioritet məsələlər İtki və Zərərə cavab verən fondun yaradılması olacaq.

    Eləcə də, iqlim maliyyəsinə çıxışın gücləndirilməsi, "Cənub-Cənub" və "Şimal-Cənub" formatında əməkdaşlıq, həmçinin bütün ölkələrin iqlim texnologiyalarına çıxış da bura daxildir.

    M.Assamua danışıqlar aparan tərəfləri təsirlərin azaldılması, uyğunlaşma, bazar mexanizmləri və şəffaflıq məsələlərinə xüsusi diqqət yetirməyə çağırıb.

    Tarix : 25-10-2024, 19:30 | Oxunub: 1 368