• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Son Dəqiqə: Leysan, dolu, sel... - Bu tarixlərlə bağlı RƏSMİ XƏBƏRDARLIQ!

    04

    noy

    Son Dəqiqə: Leysan, dolu, sel... - Bu tarixlərlə bağlı RƏSMİ XƏBƏRDARLIQ!

    Növbəti iki gündə bəzi rayonlara leysan yağacaq.

     

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

     

    Qeyd olunub ki, noyabrın 5-i gündüzdən 6-sı gündüzədək bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

     

    Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

     

    Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

    Tarix : 4-11-2024, 18:00 | Oxunub: 1 216