Azərbaycan COP29-u yüksək səviyyədə keçirməklə ermənipərəst avropalı deputatların layiqli cavabını verəcək - RƏY
"O cümlədən, Qarabağdakı erməni mədəni irsi deməklə onların nə demək istədikləri məlum deyil. Çünki ermənilər 30 ildə Qarabağdakı azərbaycanlıların mədəni irsini dağıdanda, məscidlərimiz təhqir olunanda avropalı deputatlar harda idilər?! Onlar bu gün sadəcə erməni lobbisinin sifarişlərini icra edirlər. Bu da onlara heç nə qazandırmayacaq. Onlar belə çağırışlarla sadəcə özlərinin erməni lobbisindən asıllı olduğunu nümayiş etdirərək ifşa edirlər. Azərbaycan hökuməti onların çağırışlarını artıq ciddiyə almır. Ona görə ki, bütün dünya da bilir ki, Avropalı deputatlar beynəlxalq hüquqdan, ədalətdən uzaqdırlar və gözləri erməni pullarına qımışıb, başlarını itiriblər".