COP29 ərəfəsində Avropa İttifaqına müraciət edən 52 deputat sadəcə başlarını itiriblər.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun fikrincə, avropalı parlamentarilər erməni diasporu və lobbisindən o qədər pul alıblar ki, özləri nə etdiklərinin fərqində deyillər:
"Çünki müraciətdə Qarabağda erməni mədəni irsi, erməni hərbi əsirlər və Azərbaycanın Ermənistana qarşı təcavüzündən danışması axmaqlqıdan başqa bir şey deyil. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren torpaqlarını işğal altında saxlayaraq təcavüz etmişdi. Azərbaycan isə sadəcə öz ərazilərini azad edib. Avropalı deputatlar hansı təcavüzdən danışırlarsa, özləri də bilmirlər".
A.Badamov vurğulayıb ki, əlləri hərbi cinayətlərə batmış ünsürləri hərbi əsir adlandırmaq sadəcə başını daşa vurmaqdır:
Deputat onu da xatırladıb ki, Azərbaycan COP29-u yüksək səviyyədə keçirməklə anti-Azərbaycan və ermənipərəst mövqeyini sərgiləyən avropalı deputatların layiqli cavabını verəcək:
"Onların qərəzli çağırışları bizi özümüzün ədalətli yolumuzdan heç vaxt çəkindirə bilməz".
Qeyd edək ki, bu gün Avropa Parlamentinin 52 üzvü Avropa İttifaqı rəhbərliyinə Azərbaycanla bağlı əsassız və həqiqəti əks etdirməyən tələblər ünvanlayıb.