Ana səhifə›
XƏBƏRLƏR
›
Sadır Japarov: Türk dövlətlərinin COP29-da fəal iştirakı dayanıqlı gələcəyə nail olmağa kömək edəcək
XƏBƏRLƏR
Sadır Japarov: Türk dövlətlərinin COP29-da fəal iştirakı dayanıqlı gələcəyə nail olmağa kömək edəcək
Ekologiya
AMP
Qırğızıstan 2050-ci ilədək karbon neytrallığına nail olmağa çalışır.“Report” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşünün açılışında deyib."Biz tərəflərə dayanıqlı gələcəyə nail olmaq üçün birlikdə işləməyi təklif edirik. Biz Azərbaycandan Qırğızıstanın COP29-da dağlıq ərazilərin dayanıqlı inkişafı ilə bağlı təşəbbüsünü dəstəkləməsini xahiş edirik", - o bildirib.Prezident, həmçinin türk dövlətlərini dayanıqlı gələcəyin qurulmasına töhfə vermək üçün COP29-da fəal iştirak etməyə çağırıb.