• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sadır Japarov: Türk dövlətlərinin COP29-da fəal iştirakı dayanıqlı gələcəyə nail olmağa kömək edəcək

    07

    noy

    Sadır Japarov: Türk dövlətlərinin COP29-da fəal iştirakı dayanıqlı gələcəyə nail olmağa kömək edəcək

    Qırğızıstan 2050-ci ilədək karbon neytrallığına nail olmağa çalışır.

    “Report” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşünün açılışında deyib.

    "Biz tərəflərə dayanıqlı gələcəyə nail olmaq üçün birlikdə işləməyi təklif edirik. Biz Azərbaycandan Qırğızıstanın COP29-da dağlıq ərazilərin dayanıqlı inkişafı ilə bağlı təşəbbüsünü dəstəkləməsini xahiş edirik", - o bildirib.

    Prezident, həmçinin türk dövlətlərini dayanıqlı gələcəyin qurulmasına töhfə vermək üçün COP29-da fəal iştirak etməyə çağırıb.

    Tarix : 7-11-2024, 13:00 | Oxunub: 1 208