• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək

    07

    noy

    Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək

    Təcili tibbi yardım maşınlarının Bakının avtomobil yollarındakı COP29 zolaqlarından istifadə etməsinə icazə veriləcək.

    "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov bildirib.

    O həmçinin əlavə edib ki, COP29 zamanı daha çox sərnişin axını olan "28 May", "Elmlər Akademiyası" və "Koroğlu" stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək: "Buna səbəb səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir. Həmçinin COP29-la əlaqədar 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb. Tibb məntəqələri lazımi bütün avadanlıqlarla təmin olunub".

    Tarix : 7-11-2024, 13:25 | Oxunub: 1 504