• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

    19

    noy

    Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

    Noyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

    Ekologiya.az bildirir ki, Koroğlu m/s yaxınlığında yerləşən Bravo Koroğlu hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər. 

    Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
    21 noyabr; saat: 14:00
    Ünvan: Bravo Koroğlu hipermarket - Heydər Əliyev prospekti 172

    Tarix : 19-11-2024, 08:40 | Oxunub: 1 208