• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması çərçivəsində memorandum imzalanıb

    21

    noy

    Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması çərçivəsində memorandum imzalanıb

    COP29 çərçivəsində “The Caspian House”: Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması” adlı layihənin təqdimatı və Xəzəryanı 4 ölkə tərəfindən birgə protokolun imzalanması mərasimi keçirilib.

    "Report"un məlumatına görə, layihənin məqsədi Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın qeyri-hökumət təşkilatlarının ekoloji birliyinin yaradılmasıdır.

    Əməkdaşlıq barədə sənədi “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyinin sədri Şəlalə Həsənova, “Avrasiya Xalqlarının Assambleyası”nın baş katibinin müavini Stanislav Korolyov, “EkoForum-Qazaxıstan” İctimai Birliyinin sədri Svetlana Moqilyuk, “Tebiqi Kuvvat” İctimai Birliyinin rəhbəri Bərkəli Atayev imzalayıblar.

    Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” adlı qrant müsabiqəsində qalib olan “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin layihəsi çərçivəsində keçirilib.

    Tarix : 21-11-2024, 17:15 | Oxunub: 1 192