• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dörd Xəzəryanı dövlətin ekoloqları “The Caspian House” - Xəzər Evi yaradıblar

    18

    fev

    Dörd Xəzəryanı dövlətin ekoloqları “The Caspian House” - Xəzər Evi yaradıblar

    Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın ekoloji ictimai birliklərini bir araya gətirən “The Caspian House” - Xəzər Evi yaradılıb.

    Ekologiya.az-жn məlumatına görə, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin həyata keçirdiyi “The Caspian House”: Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması” layihəsi əsasında təşkil edilmiş Xəzər Evi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.

    Layihə çərçivəsində Xəzər Evinin virtual məkanı olan https://caspianhouse.org/ portalı, dünyada ilk virtual ekoloji muzey, “Noosfera Nəzəriyyəsindən Dayanıqlı İnkişaf Prinsiplərinə” kitabı, Xəzər dənizinin səviyyəsinin azaldığını göstərən VR texnologiyasını dəstəkləyən 360 videogörüntülər və Xəzərin ekoloji problemlərindən bəhs edən “Xəzəri birgə qoruyaq” videoçarxı hazırlanıb.

    Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, alimlər və ekoloqlar iştirak ediblər.

    Tarix : 18-02-2025, 11:05 | Oxunub: 904