Tam versiya
Ana səhifə XƏBƏRLƏR Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
XƏBƏRLƏR

Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb

Oğuz rayonunda şabalıdın məhsuldarlığının aşağı düşməsi qiymətlərin artmasına səbəb olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hazırda bazarda şabalıdın 1 kiloqramının qiymətində 5-6 manat artım müşahidə olunur.

Satıcılar ötən illə müqayisədə 10 dəfə daha az məhsul satdıqlarını bildirir.

Məhsuldarlığın ildən-ilə aşağı düşməsi sakinləri də narahat edir. Belə ki, hər il qurumaqda davam edən bəzi şabalıd ağaclarından heç 1 kq da şabalıd yığmaq mümkün olmayıb. Bu da Oğuz bazarına kəndlərdən gündəlik gətirilən şabalıdın azalmasına gətirib çıxarıb.

Qeyd edək ki, hazırda Oğuz bazarında 1 kq şabalıdın qiyməti növündən asılı olaraq 6-15 manat arasında dəyişir.

Paylaş:
Tam mətni oxu →