• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb

    26

    noy

    Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb

    Oğuz rayonunda şabalıdın məhsuldarlığının aşağı düşməsi qiymətlərin artmasına səbəb olub.

    "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hazırda bazarda şabalıdın 1 kiloqramının qiymətində 5-6 manat artım müşahidə olunur.

    Satıcılar ötən illə müqayisədə 10 dəfə daha az məhsul satdıqlarını bildirir.

    Məhsuldarlığın ildən-ilə aşağı düşməsi sakinləri də narahat edir. Belə ki, hər il qurumaqda davam edən bəzi şabalıd ağaclarından heç 1 kq da şabalıd yığmaq mümkün olmayıb. Bu da Oğuz bazarına kəndlərdən gündəlik gətirilən şabalıdın azalmasına gətirib çıxarıb.

    Qeyd edək ki, hazırda Oğuz bazarında 1 kq şabalıdın qiyməti növündən asılı olaraq 6-15 manat arasında dəyişir.

    Tarix : 26-11-2024, 12:05 | Oxunub: 1 168