Ana səhifə›
XƏBƏRLƏR
›
Növbəti iki gündə yağış yağacaq - RƏSMİ AÇIQLAMA
XƏBƏRLƏR
Növbəti iki gündə yağış yağacaq - RƏSMİ AÇIQLAMA
Ekologiya
AMP
Növbəti iki gündə yəni noyabrın 28-dən 29-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.Bu barədə Ekologiya.az-a Milli Hidrometrologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.