• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Növbəti iki gündə yağış yağacaq - RƏSMİ AÇIQLAMA

    27

    noy

    Növbəti iki gündə yağış yağacaq - RƏSMİ AÇIQLAMA

    Növbəti iki gündə yəni noyabrın 28-dən 29-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometrologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

    Tarix : 27-11-2024, 15:05 | Oxunub: 1 488