Ana səhifə›
XƏBƏRLƏR
›
Sabahdan intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək- XƏBƏRDARLIQ
XƏBƏRLƏR
Sabahdan intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək- XƏBƏRDARLIQ
Ekologiya
AMP
Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.Azərbaycanın rayonlarında dekabrın 1-i gündüzdən 3-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.