• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabahdan intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək- XƏBƏRDARLIQ

    30

    noy

    Sabahdan intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək- XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

    Azərbaycanın rayonlarında dekabrın 1-i gündüzdən 3-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

    Tarix : 30-11-2024, 18:10 | Oxunub: 1 664