Kamçatkada 5,1 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

Seysmik hadisənin episentri Petropavlovsk-Kamçatskidən 155 kilometr şimal-şərqdə, Kronotski körfəzində yerləşib.

"Zəlzələ dekabrın 2-də səhər saatlarında 58 km dərinlikdə baş verib", - məlumatda deyilir.

Departament qeyd edib ki, Petropavlovsk-Kamçatskinin bəzi ərazilərində yeraltı təkanlar 2 bal gücündə hiss olunub.

Ekspertlər sunami təhlükəsi elan etməyiblər.