• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Batabatda qarın hündürlüyü 15 santimetrə çatdı

    07

    dek

    Batabatda qarın hündürlüyü 15 santimetrə çatdı

    Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin mütəxəsisləri tərəfindən yüksək dağlıq ərazilərdə qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Ordubad və Şahbuz rayonlarında qarölçmə işləri aparılıb, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilib.

    Nazirliyin mətbuat xidmətindən Ekologiya.az -a bildirilib ki, aparılan ölçmələrin ilkin nəticələrinə görə qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazisi sayılan Parağaçay istiqamətində 3000 metr yüksəklikdə 11 santimetr, 2300 metr yüksəklikdə 7 santimetr, Şahbuz rayonunun yüksək dağlıq əraziləri sayılan Batabat istiqamətində 15, Biçənək istiqamətində 8, Kükü istiqamətində isə 5 santimetr qeydə alınıb.

    Mütəxəssislər digər marşrutlar üzrə də qarölçmə işlərini davam etdirirlər.

    Tarix : 7-12-2024, 08:30 | Oxunub: 1 928