• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri qarölçmə işlərini davam etdirir

    11

    mar

    Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri qarölçmə işlərini davam etdirir

    Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən hazırda Balakən və Zaqatala rayonlarının yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılır, qarın hündürlüyü, çəkisi ölçülərək sululuğu və sıxlığı təyin olunur. 

    Aparılan ölçmələrin ilkin nəticələrinə görə Mahamalar kəndi-Filizçay marşrutunda qarın hündürlüyü 35-50 sm, Filizçay-Kasadağ marşrutunda 40-55 sm qeydə alınıb, digər marşrutlar üzrə işlər davam etdirilir.
    Qeyd edək ki, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə mart ayının 7-dən qarölçmə işlərinə başlanılıb və ölçmə işləri mart ayının 17-dək davam edəcək.

    Tarix : 11-03-2024, 14:51 | Oxunub: 3 817