• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəlilabadda 62 min hektardan çox əkin sahəsi şumlanıb

    09

    dek

    Cəlilabadda 62 min hektardan çox əkin sahəsi şumlanıb

    Cəlilabad rayonunda əkin sahələrinin şumlanması işləri davam etdirilir.

    Rayon Statistika İdarəsindən "Report"un Muğan bürosuna verilən məlumata görə, bu günə qədər Cəlilabad rayonunda 62 500 hektar sahə şumlanıb.

    Həmçinin 25 300 hektar sahəyə buğda, 6 000 hektar sahəyə arpa və 2 500 hektar sahəyə vələmir toxumu səpilib.

    Qeyd edək ki, cari əkin mövsümündə rayon ərazisində 56 725 hektar sahədə buğda, 9 650 hektar sahədə arpa və 3 160 hektar sahədə vələmir becərilib.

    Tarix : 9-12-2024, 10:03 | Oxunub: 1 280