• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəlilabadda payızlıq kartof yığımının məhsuldarlığı yüksək olub

    20

    dek

    Cəlilabadda payızlıq kartof yığımının məhsuldarlığı yüksək olub

    Cari il Cəlilabad rayonunda əkin sahələrində payızlıq kartofun məhsuldarlığı ötən illə müqayisədə yüksək olub.

    Bu barədə  Ekologiya.az-a Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, bu il Cəlilabad rayonunda təkrar əkin kimi 1 000 hektar sahədə payızlıq kartof əkilib. Sahələrdən indiyə qədər 7 000 tondan çox məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 17-20 ton olub. Ötən il isə bu rəqəm hər hektar üçün 15-16 ton təşkil edib.

    Həmçinin qeyd olunub ki, məhsul əsasən paytaxt bazarlarına göndərilir.

    Qeyd edək ki, bu il rayonda 2 900 hektar sahədə yazlıq kartof əkilib və 81 740 ton məhsul əldə olunub.

    Tarix : 20-12-2024, 12:31 | Oxunub: 1 184