Tam versiya
Ana səhifə XƏBƏRLƏR Milli Hidrometeorologiya Xidmət: Bakıya aylıq normanın 81 faizi həcmində yağıntı düşüb
XƏBƏRLƏR

Milli Hidrometeorologiya Xidmət: Bakıya aylıq normanın 81 faizi həcmində yağıntı düşüb

Dekabrın 09-u saat 08:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.


Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Ekologiya.az -a bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81 faizini təşkil edir.


"Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir" – deyə Gülnarə Abbasova qeyd edib.

Paylaş:
Tam mətni oxu →