• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Milli Hidrometeorologiya Xidmət: Bakıya aylıq normanın 81 faizi həcmində yağıntı düşüb

    09

    dek

    Milli Hidrometeorologiya Xidmət: Bakıya aylıq normanın 81 faizi həcmində yağıntı düşüb

    Dekabrın 09-u saat 08:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.


    Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Ekologiya.az -a bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81 faizini təşkil edir.


    "Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir" – deyə Gülnarə Abbasova qeyd edib.

    Tarix : 9-12-2024, 12:20 | Oxunub: 1 248