• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Vətəndaşlardan odlu silahlar və müxtəlif çaplı patron aşkar edərək götürüb - RƏSMİ

    09

    dek

    Vətəndaşlardan odlu silahlar və müxtəlif çaplı patron aşkar edərək götürüb - RƏSMİ

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Ekologiya.az xəbər verir ki, dekabrın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 1 qumbaraatan, 11 ov tüfəngi, 14 patron darağı və 1151 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Tarix : 9-12-2024, 13:58 | Oxunub: 1 440