• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gələn il Xankəndi və Ağdərədə avtomat meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır

    10

    dek

    Gələn il Xankəndi və Ağdərədə avtomat meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır

    2025-ci ildə azad edilmiş ərazilərdə 5 ədəd olmaqla, o cümlədən Xankəndi şəhəri və Ağdərə rayonlarında avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur.

    "Report"un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Kənan Kərimli ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib

    Onun sözlərinə görə, azad edilmiş ərazilərdə 10 çay üzərində 11 avtomat hidroloji, 5 avtomat meteoroloji stansiya quraşdırılaraq isifadəyə verilib:

    "Xankəndi şəhəri ərazisində 1 dəst, Laçın rayonunun Güləbird kəndi ərazisində 1 dəst və Xocalı şəhəri yaxınlığında 1 dəst olmaqla 3 avtomat aqrometeoroloji stansiya quraşdırılaraq işə salınıb".

    Tarix : 10-12-2024, 16:11 | Oxunub: 1 832