• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır

    11

    dek

    Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır

    Xankəndi şəhərindəki Hidrometeoroloji Stansiya işğal zamanı dağıdılmayan yeganə stansiyadır.


    Ekologiya.az  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov jurnalistlərə açıqlaması zamanı deyib.


    O bildirib ki, işğal olunmuş ərazilərimizdə 9 meteoroloji, 16 hidroloji stansiya olub, hamısı dağıdılıb, yalnız Xankəndi Hidrometeoroloji Stansiyası qalıb.


    “Hidrometeoroloji vəziyyətin öyrənilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 5 avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib. 2025-ci ildə daha 5 ədəd, o cümlədən Xankəndi şəhərində avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur”, - deyə xidmət rəisinin müavini bildirib.

    Tarix : 11-12-2024, 09:50 | Oxunub: 1 464