DETX qanunsuz yolla ağac kömürü istehsal edən kömür quyuları aşkarladı, tədbir gördü
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qax rayonunun inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Qax rayonu İbaxlı kənd sakini Bəhram Əhmədov və Şıxlar kənd sakini Rövşən Xəlilov olduğu müəyyən edilib.