• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DETX qanunsuz yolla ağac kömürü istehsal edən kömür quyuları aşkarladı, tədbir gördü

    11

    dek

    DETX qanunsuz yolla ağac kömürü istehsal edən kömür quyuları aşkarladı, tədbir gördü

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qax rayonunun inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.


    Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Qax rayonu İbaxlı kənd sakini Bəhram Əhmədov və Şıxlar kənd sakini Rövşən Xəlilov olduğu müəyyən edilib.


    Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür hazırlanma yerləri isə ləğv edilib

    Tarix : 11-12-2024, 20:40 | Oxunub: 1 384