• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda güclü qar yağır, yollar buz bağlayacaq - TƏCİLİ XƏBƏRDARLIQ

    13

    dek

    Azərbaycanda güclü qar yağır, yollar buz bağlayacaq - TƏCİLİ XƏBƏRDARLIQ

    Kəlbəcəri Göygöllə birləşdirən Ömər aşırımına qar yağıb.

     

    Ekologiya.az xəbər verir ki, Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər Aşırımı adlanan hissəsininə axşam saatlarında yağmağa başlayın qarın hündürlüyü 10-15 santimetrə qədər çatıb.

     

    Hazırda ərazidə güclü qarın yağması davam edir. Qərb bölgəsində küləkli və yağışlı hava şəraiti hökm sürür.

     

    Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gündən Azərbaycanda havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.


    Qeyd edilib ki, dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.

     

    Xatırladaq ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycannın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir.

     

    Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdə yerləşir.

    Tarix : 13-12-2024, 01:35 | Oxunub: 28 008