• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yasamal rayonunda abadlaşdırma işlərinə başlanılır - 38 milyon manatlıq layihə

    13

    dek

    Yasamal rayonunda abadlaşdırma işlərinə başlanılır - 38 milyon manatlıq layihə

    Bakının Yasamal rayonunda abadlaşdırma işləri həyata keçiriləcək.

    Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.


    Belə ki, qeyd olunan ərazi üzrə Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işləri aparılacaq.

    Məlumata görə, artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
    Qurum sözügedən işlərin icrasının 38 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

    Tarix : 13-12-2024, 11:22 | Oxunub: 1 136