Bakının Yasamal rayonundakı Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınmasının ehtimal olunan qiyməti 38 milyon manat təşkil edir.
Bu barədə "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Təkliflər dekabrın 23-ü saat 17:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.