• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qarlı hava nə vaxtadək davam edəcək?

    14

    dek

    Qarlı hava nə vaxtadək davam edəcək?

    Saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə 8-13 m/s, bəzi yerlərdə isə 15-20 m/s-dək zəifləyib.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsilib.

    Bakıda və Abşeron yarımadasında isə yağıntılar dekabrın 14-ü axşamadək fasilələrlə davam edəcək.

    Dekabrın 15-16-da ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

    Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, ölkəmizə sulu qar və qar yağıb. Qarın hündürlüyü Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 2 sm, Lerikdə 20 sm, Quba, Qusar və Altıağacda 10 sm, Şahdağ və Xaltanda 8 sm, Şərurda 7 sm, Kəlbəcər və Qobustanda 5 sm, Daşkəsən və Qaxda 3 sm, Gədəbəydə 1 sm olub.

    Lerikdə qarın hündürlüyü 20 sm-ə çatıb - FAKTİKİ HAVA

     Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar, Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır.

    Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir.

    Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə şimal-qərb küləyi güclənib.

    Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatalada 34 m/s, Mingəçevirdə 32 m/s, Goranboyda 31 m/s, Tərtər, Naftalan, Ağdamda 30 m/s, Bərdə, Balakən, Şəki, İsmayıllı, Tərtərdə 28 m/s, Gəncə, Göyçayda 25 m/s, Yevlaxda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçala, Şahdağ, Zərdab, Şəmkir, Qəbələdə 20 m/s, Bərdə, Tovuz, Oğuzda 18 m/s, Qax, Sabirabadda 17 m/s, Gədəbəydə 16 m/s -yə çatıb.

    Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.

    Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin dekabrın 14-ü günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.

    Tarix : 14-12-2024, 16:50 | Oxunub: 1 168