• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dekabrın 15-16-da ölkə ərazisində hava şəraiti nisbətən sabitləşəcək

    14

    dek

    Dekabrın 15-16-da ölkə ərazisində hava şəraiti nisbətən sabitləşəcək

    Ölkə ərazisində müşahidə olunan küləyin sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə saniyədə 8-13, bəzi yerlərdə isə 15-20 metrədək zəifləyib.


    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsilib. Bakıda və Abşeron yarımadasında isə yağıntılar dekabrın 14-ü axşamadək fasilələrlə davam edəcək.


    Dekabrın 15-16-da ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

    Tarix : 14-12-2024, 19:15 | Oxunub: 1 152