• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Güclü külək Yevlaxda evlərin dam örtüklərini uçurub, elektrik dirəklərini aşırıb

    14

    dek

    Güclü külək Yevlaxda evlərin dam örtüklərini uçurub, elektrik dirəklərini aşırıb

    Dekabrın 14-də gecə saatlarında başlayan güclü külək Yevlax rayonuna ziyan vurub.


    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun elektrik təsərrüfatına ziyan dəyib, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb, şəhərdə və rayon ərazisində ictimai yaşayış binasının, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçub, ağaclar və elektrik dirəkləri aşıb.


    Hazırda aidiyyəti qurumlar tərəfindən problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

    Tarix : 14-12-2024, 18:30 | Oxunub: 1 008