Polis əməkdaşları tərəfindən paytaxt ərazisində partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının “Sədərək” ticarət mərkəzində keçirdikləri tədbirlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə topdansatışını təşkil edən 67 yaşlı E.Hüseynov və 42 yaşlı N.Əsədov saxlanılıblar. Onların ticarət mərkəzində yerləşən obyektlərinə baxış keçirilərkən 20 minədək müxtəlif təyinatlı pirotexniki vasitə aşkarlanıb.
Hər iki fakt üzrə saxlanılan şəxslər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.