Polis əməkdaşları əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində respublika ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, dekabrın 25-də Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Ucar şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 2 fiziki şəxs müəyyənləşdirilib və oradan 918 ədəd müxtəlif növ pirotexniki vasitə aşkarlanaraq götürülüb.
Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
CƏMİYYƏT
SON DƏQİQƏ
Ucarda 918 ədəd müxtəlif növ pirotexniki vasitə aşkarlanaraq götürülüb - DİN