• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ qeydə alınıb - YENİLƏNİB

    21

    dek

    Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ qeydə alınıb - YENİLƏNİB

    Azərbaycan-Ermənistan sərhədində daha iki zəlzələ qeydə alınıb.


    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 03:03-də yerin 10 kilometr dərinliyində maqnitudası 3 olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Daha sonra saat 03:07-də 12 kilometr dərinlikdə maqnitudası 3,8 olan üçüncü zəlzələ olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.


    04:32


    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhəddində zəlzələ qeydə alınıb.


    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.


    Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.


    Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

    Tarix : 21-12-2024, 08:30 | Oxunub: 1 352