Xaçmazda zəlzələ olub.

Ekologiya.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu gün yerli vaxtla saat 15:33-də Quba stansiyasından 28 kilometr şimal-şərqdə Xaçmaz rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.