• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qasırğa 94 nəfərin həyatına SON QOYDU

    23

    dek

    Qasırğa 94 nəfərin həyatına SON QOYDU

    Mozambikdə "Şido" qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatıb.

    Ekologiya.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

    Bildirilir ki, dekabrın 15-dən 19-dək Mozambikdə qasırğa 110 mindən çox yaşayış binasını dağıdıb.

    Bundan əvvəl Kabo Delqado, Nyasa, Nampula, Tete və Sofala əyalətlərində 500-dən çox yaralı və 329 min qaçqın olduğu bildirilirdi.

    Xatırladaq ki, dekabrın 7-8-də Hind okeanının cənub-şərq hissəsində yaranan qasırğa Afrika sahillərinə doğru hərəkət etməyə başlayıb. Mayot adasında qasırğa səbəbindən 30-dan çox adam həlak olub. Dekabrın 23-ü adada matəm günü elan edilib.

    Mozambikdən qərbə doğru hərəkət edən qasırğa Zimbabve və Malavidə də fəsadlar törədib.//Report

    Tarix : 23-12-2024, 08:42 | Oxunub: 1 560