• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Atlantik okeanda siklonların sayı proqnozları xeyli üstələyib

    02

    dek

    Atlantik okeanda siklonların sayı proqnozları xeyli üstələyib

    2024-cü ildə Atlantika okeanda fırtınaların faktiki sayı proqnozlaşdırılan rəqəmi xeyli üstələyib.

    “Report” xəbər verir ki, bu barədə “TASS”a Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

    Onun sözlərinə görə, 2024-cü ildə 14 qasırğanın baş verəcəyi proqnozlaşdırılsa da, 18 qasırğa baş verdiyi qeydə alınıb. Onlardan 11-də küləyin sürəti 33 m/s, 5-də isə küləyin sürəti 50 m/s və daha çox olub.

    Meteoroloq izah edib ki, bu mövsümdə 14 tufan, 7 qasırğa və 3 çox güclü qasırğa gözlənilsə də, faktiki olaraq 18 tufan, 11 qasırğa və 5 çox şiddətli qasırğa qeydə alınıb. Bu, ardıcıl doqquzuncu mövsümdür ki, qasırğaların sayı onların iqlim göstəricilərini üstələyib.

    O qeyd edib ki, tədqiqatçılar qasırğa və tufanların sayının artmasını Atlantik okeanında mövcud olan çox yüksək temperaturla əlaqələndiriblər: “Tropik siklonların, qasırğaların və çox güclü tufanların sayı hər on ildən bir artır”.

    Tarix : 2-12-2024, 10:05 | Oxunub: 1 472