Ana səhifə›
XƏBƏRLƏR
›
Qasırğa 94 nəfərin həyatına SON QOYDU
XƏBƏRLƏR
Qasırğa 94 nəfərin həyatına SON QOYDU
Ekologiya
AMP
Mozambikdə "Şido" qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatıb.Ekologiya.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.Bildirilir ki, dekabrın 15-dən 19-dək Mozambikdə qasırğa 110 mindən çox yaşayış binasını dağıdıb.Bundan əvvəl Kabo Delqado, Nyasa, Nampula, Tete və Sofala əyalətlərində 500-dən çox yaralı və 329 min qaçqın olduğu bildirilirdi.Xatırladaq ki, dekabrın 7-8-də Hind okeanının cənub-şərq hissəsində yaranan qasırğa Afrika sahillərinə doğru hərəkət etməyə başlayıb. Mayot adasında qasırğa səbəbindən 30-dan çox adam həlak olub. Dekabrın 23-ü adada matəm günü elan edilib.Mozambikdən qərbə doğru hərəkət edən qasırğa Zimbabve və Malavidə də fəsadlar törədib.//Report