• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu həftə ardıcıl 7 gün iş olacaq

    23

    dek

    Bu həftə ardıcıl 7 gün iş olacaq

    Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərarla, iş və istirahət günlərinin yerləri dəyişdirilib.

    Ekologiya.az xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

    Beləliklə, həftəsonuna düşən 28 və 29 dekabr tarixləri iş günü olduğu üçün bu həftə ardıcıl yeddi gün iş olacaq. 30, 31 dekabr, 1, 2, 3 yanvar tarixləri isə istirahət günüdür.

    Yanvarın 4 və 5-i həftəsonuna düşür. Beşgünlük rejimdə işləyənlər üçün bayram tətili ayın 6-dək davam edəcək. Altıgünlük rejimdə işləyənlər üçün isə ayın 4-ü iş günüdür.

    Tarix : 23-12-2024, 14:32 | Oxunub: 2 000