• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu gündən sonra Azərbaycan xalqını nə gözləyir? - Nazirlər kabinetinin QƏRARINA ƏSASƏN...

    29

    dek

    Bu gündən sonra Azərbaycan xalqını nə gözləyir? - Nazirlər kabinetinin QƏRARINA ƏSASƏN...

    Sabahdan Azərbaycanda yeddi gün qeyri-iş günü olacaq.

    Ekologiya.az xəbər verir ki, ölkədə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.

    Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

    Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq yeddi gün - 30, 31 dekabr, 1, 2, 3, 4,5 (şənbə-bazar) yanvar qeyri-iş günüdür.

    Bayram tətilindən sonra ilk iş günü yanvarın 6-na təsadüf edəcək.

    Bundan başqa, tətillə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü beşgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 2025-ci ilin 4 yanvar tarixində olacaq."32gun.az"

    Tarix : 29-12-2024, 21:31 | Oxunub: 1 368